Menu
Geri İrəli

“Region gənclərinin innovativ ideyaları” layihəsinin təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2015 • Baxış sayı: 339 dəfə • Şərh yoxdur

12395621_1079101322153753_1770881788_n“Region gənclərinin innovativ ideyaları” layihəsinin növbəti təqdimat mərasimi keçirildi
26 dekabr tarixində Xızı rayonun uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin innovativ ideyaları” layihəsinin açılış mərasimi təşkil olundu. Tədbirdə rayon təhsil şöbəsinin və Xızı rayon uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin rəhbərliyi iştirak edirdi.
Layihənin rəhbəri Cəfər Növruzov İnnovativ gənclər layihəsinin əsas məqsədindən – ölkədə İKT sektorunda ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaları olan gənclərin uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməyin yolları barədə çıxış etdi.
Xızı rayon uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin direktoru İman Ağayev çıxış edərək layihənin rayon üçün əhəmiyyətindən danışdı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz minnətdarlığını bildirdi.
2016-cı ilin yanvar ayında layihə çərçivəsində refoin gənclərinin innovativ idedyalarının sərgisi keçiriləcək nəticədə İnnovativ gənclər öz yeni İnternet-biznesini yaratmaq istəyənlərə arzularının gerçəkləşdirəcək,, Innovativ gənclərin ideyalarına sərmayə tapılması, biznesin idarə edilməsi istiqamətində yardımçı olmağa yardım ediləcək və Region gənclərinin biznes ideyalarının dəstəklənəcəkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın