Menu
Geri İrəli

Region TV-nin adı dəyişdirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2016 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur
regiontvBu gün Region televiziyasının rəhbərliyi kanalın adının və brendinin dəyişdirilməsi ilə bağlı mətbuat konfransı keçirib.
Televiziyanın direktoru İsmayıl Həsənov bildirib ki, televiziya yeni mövsümdən əsas prioritetlərini saxlamaqla yenilənmək qərarına gəlib. Onun sözlərinə görə, buna səbəb KİV-in inkişafı, tamaşaçı zövqünün dəyişməsi və digər məqamlardır. “Biz həm də yeni efir konsepsiyamızı beynəlxalq təşkilatların sorğusuna uyğunlaşdırdıq. Bu gündən etibarən biz yeni konsepsiya ilə “ARB TV” kimi fəaliyyət göstərəcəyik”.
Onun sözlərinə görə, “ARB TV” tərkibində olan televiziyalar da adlarını dəyişəcək və uyğunlaşdıracaq: “Tərkibimizə daxil olan 6 bölgə televiziyası da yenilənəcək. Məsələn, “Cənub TV” bundan sonra “ARB Cənub”, “Alternativ” TV “ARB Ulduz”, “Kanal-S” “ARB Şəki”, “Kəpəz” TV “ARB Kəpəz” və “Günəş” TV “ARB Günəş” olacaq”.
O qeyd edib ki, televiziyanın təkcə adında yox, efirində də dəyişiklik olacaq: “Bizim təkcə adımız yox, efirlərimiz də dəyişir. İndiyədək efirdə olan 70 faiz verilişimiz yeni mövsümdə fəaliyyətini dayandıracaq. Efirə tamaşaçıların zövqünü oxşayacaq daha yaxşı verilişlərlə çıxacağıq”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın