Menu
Geri İrəli

“Rəis müavini məni zorlayıb… 50 min verəcəkdi…” – ŞOK İFADƏLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 767 dəfə • 1 şərh
Share Button

361f7cb336838cb2435302298a3558ccİsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılov və digər vəzifəli şəxsləri şantaj etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə davam edir.

Lent.az-ın məlumatına görə, ittiham aktında qeyd edilib ki, Vəfa Dadaşova tanışı, İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılovun  dostu Pərviz Hüseynovla birlikdə 2010-cu ilin aprel-may aylarında Binəqədi rayonunda yerləşən “Oğuzxan” şadlıq sarayının arxasındakı çay evində olub. Bu zaman Pərviz İsmayılov guya ona sulu qəlyan çəkdirib və narkotik vasitənin təsirindən huşsuz hala gətirib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, Pərviz İsmayılovu bu məlumatlarla iş kollektivi arasında rusvay edəcəyi ilə hədələyib, ondan 2000 ABŞ dolları tələb edib, “Oazis” restoranının qarşısında Pərviz İsmayılovdan tələb etdiyi pulu ala bilib.

 

Daha sonra Vəfa Dadaşova Pərviz İsmayılovdan iki dəfəyə 3500 dollar alıb. O, Pərviz İsmayılovu yenə də şantaj edib və ondan daha 2000 dolları və martın sonlarında isə 1500 dollar alıb.

Bundan başqa, Vəfa Dadaşova Pərviz İsmayılovun onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını iş kollektivində və yaxın qohumları arasında yaymaqla hədələyib, ondan 50000 manat tələb edib. Pərviz İsmayılovun bununla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında 1 may 2017-ci il tarixdə əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbiri zamanı Vəfa Dadaşova Nərimanov rayonu, Təbriz küçəsində yerləşən istirahət parkındakı adsız kafedə Pərviz İsmayılovdan həmin 6000 dollar alarkən yaxalanıb.

Bundan başqa, Vəfa Dadaşova 2013-cü ilin iyunda Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Evromed” Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqov tərəfindən tibbi müayinə olunarkən guya ona qarşı seksual xarakterli hərəkətlər edilməsinə dair həqiqətə uyğun olmayan rüsvayedici məlumatları Səhiyyə Nazirliyində, sosial şəbəkələrdə, mətbuatda, Tofiq Sadıqovun iş kollektivində və yaxın qohumları arasında yayacağı ilə hədələyib. O, həmin  ilin noyabrın sonlarında Tofiq Sadıqovdan 1000 manat tələb edib. Bu əməliyyatdan bir müddət sonra Vəfa Dadaşova Tofiq Sadıqovdan eyni tələblə təkrar 1000 manat ala bilib.

Vəfa Dadaşova Cinayət Məcəlləsinin 182.3.2-ci (ülli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.

Təqsirləndirilən şəxs qismində istintaq dindirilən Vəfa Dadaşova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2008-ci ildən Pərviz İsmayılovu tanıyır: “Pərviz məni tanıdığı müddətdən cinsi əlaqədə olmağı təklif etsə də, buna razı olmamışam. Çünki həyatımda başqa şəxs olub. Buna görə də  Pərvizin cavabını həmişə rədd etmişəm. Həmin vaxtı Pərvizin rayonların birində polis işləməsi barədə məlumatım olub.  2010-cu ilin təxminən aprel ayında Pərvizin xahişini nəzərə alaraq, təşkil etdiyi məclisə gəldim. Həmin məclisdə olanda Pərvizin həmkarlarının olmasını bildim. Axşam təxminən saat  20-21 radələrində həmin məclisdən birlikdə çıxdıq. Hamı gedəndən sonra Pərvizlə və onun məclisində tanıdığım, adı Pərviz olan şəxslə birlikdə qaldıq. Pərviz məni məclisdən sonra yaşadığım evə gətirməli idi. Lakin yolda gedərkən Pərviz fikrini dəyişdi və birlikdə çay içməyə getməyi dedi. Nə qədər təkid etsəm də, Pərviz buna razı olmadı. Onlarla birlikdə çay evinə gəldik. Orada Pərviz əlində qəlyan gəldi, təkid edərək qəlyandan çəkdim. Həmin qəlyanı çəkdikdən sonra halsızlaşdım. Elə bil, həmin vaxt qəlyanın içərisinə nə isə bihuşedici atmışdılar. Özümə gələndə gördüm ki, Pərviz ağzımdan tutaraq bir yerə aparır. Lakin məni hara apardığını bilmədim. Sanki hissiyatım ölmüşdü. Pərviz məni bilmədiyim yerin otağına gətirdi. Həmin otaqda Pərviz İsmayılov dostu Pərvizlə mənə təcavüz edərək, olmazın işgəncələr verməyə başladılar. Həmin vaxt hissiyatım özümdə olmasa da, baş verənləri anlamışam. Onlar mənə nalayiq hərəkətlər edərək, həmin vaxtı qeyri-təbii yolla mənimlə cinsi əlaqədə olublar”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Pərviz İsmayılov və dostu onunla cinsi əlaqədə olan zaman ölümlə üzləşib: “Məni soyuq duşun altında saxlayıblar ki,özümə gəlim. Daha sonra məni halsız vəziyyətdə yaşadığım evin həyətində düşürüblər”.

Vəfa Dadaşova qeyd edib ki, yolda Pərviz İsmayılov onu hədələyib və bu barədə kiməsə məlumat versə, onun başına oyun açacağını və qızını öldürəcəyini bildirib: “Həmin günün səhəri Pərviz mənə zəng vuraraq həkimə getmək üçün pul təklif etdi, elə həmin günü mənə 300 manat göndərdi. Pərviz həmin gündən sonra telefonunu söndürərək yoxa çıxdı. Pərvizin anket məlumatları mənə məlum olmadığı üçün onu sonradan tapa bilməmişəm”.

Vəfa Dadaşova bildirib ki, 2016-cı ilin sonunda Pərvizin iş yerini öyrənib və onunla danışıb: “Ona bildirdim ki, 2010-cu ildə tanışı olan polis işçisi ilə birlikdə mənə təcavüz edərək zorlayıblar. Həmin vaxt sağlamlığıma ziyan yetirilib. Pərvizə bildirdim ki, onu sivil qaydada məhkəməyə verib və cəzalanmasını tələb edəcəm. Pərviz isə yalvardı ki, bir işdir olub, nə ziyan dəyibsə, onu ödəməyə hazırdır. Etdiyi hərəkətlərə görə bağışlaya bilməyəcəyini bildirsəm də, Pərviz yalvararaq dedi ki, bu günə qədər karyerasında çalışıb və bu gün-sabah yüksək postlara təyin olunacaq, ondan şikayət etsəm, onu işdən azad edə bilərlər. Həmin vaxt çox qərarlı oldum ki, Pərvizdən şikayət edim. Lakin Pərviz yenə yalvardı, bildirdi ki, ondan şikayət etdiyim halda hər ikimizə pis olacaq, məni öldürüb, həbsdə yatacaq. Həmin vaxtı Pərvizə bildirdim ki, mənə elə xəsarət yetirib, bunu heç nə ilə ödəyə bilməz, eyni zamanda qadın ləyaqətimi tapdalayıb.  Pərviz həmin vaxt dedi ki, nə qədər lazımdırsa, pul verəcək. Pərviz özü ziyanın ödənilməsi üçün 50000 manat pul təklif etdi. 2016-cı ilin dekabrında  2000 dollar, bundan sonra 14 mart 2017-ci il tarixdə yenə 2000 dollar və martın axırlarında tanışının vasitəsi ilə 1500 dollar göndərdi”.

Vəfa Dadaşova qeyd edib ki, sonradan Pərviz  onunla görüşüb və onun əməliyyatı üçün 6000 dollar verəcəyini, sonradan yerdə qalan pulu 2017-ci ilin may ayının sonlarında verəcəyini bildirib: “Bu təklif Pərvizin özü tərəfindən sağlamlığıma yetirilən zərərin ödənilməsi üçün atılmış addım olub. Pərvizin təklifi ilə mayın 1-də Nərimanov rayonu ərazisində yerləşən parkda görüşməli olduq. Deyilən vaxtda Pərvizlə görüşdüm. Pərviz oturduğumuz stolun üstünə 6000 dollar qoydu və bildirdi ki, bu pul müalicə puludur. Həmin pulu çantama qoydum və xudahafizləşib ayrılarkən polis əməkdaşları yaxınlaşdı, məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət  etdilər. Həmin vaxt məlum oldu ki, Pərviz məndən polisə şikayət dib”.

Vəfa Dadaşova qeyd edib ki, 2012-ci ilin sonundan “Evromed” klinikasında işləyən həkim kardioloq Tofiq Sadıqovu tanıyır: “Tofiq Sadıqovun yanına qızım Nuranə ilə birlikdə getmişəm, özümü və qızımı müayinə etdirmişəm. Özüm tək olaraq çox vaxt Tofiq Sadıqovun yanına müayinə üçün getmişəm. 2013-cü ildən başlayaraq, tibbi yardım almaq üçün müraciət etdiyim Tofiq Sadıqovun qəbulunda olarkən, məni müalicə etmək əvəzinə, mənə qarşı seksual xarakterli hərəkətlər edib. Ona hərəkətlərini yığışdırmasını bildirmişəm. Həmin vaxtdan sonra Tofiq Sadıqov hərəkətlərini yığışdırsa da, sonradan 2014-cü ilin ortalarından başlayaraq müayinədə olarkən, yenə də eyni əməllərini davam etdirib. Tofiq Sadıqovun hərəkətləri ilə bağlı 2014-cü ilin sentyabr-oktyabr aylarında Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişəm”.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsini  hakimi Əfqan Hacıyevin icraatında araşdırılır.

Facebook Şərhləndirmə:
Share Button

““Rəis müavini məni zorlayıb… 50 min verəcəkdi…” – ŞOK İFADƏLƏR” yazısına bir cavab

  1. MƏŞƏDİ İBAD deyir:

    Hiss olunur ki, bu qadın mələk deyil. Ancaq o polis zabti də axı, düz adam deyil. Əgər o qadınla intim əlaqəsi olmayıbsa (əslində çox biabırçı, iyrənc hərəkətə yol verməyibsə, onu heç tanımırsa), niyə ona, qeyd edildiyi kimi 2016-cı ilin dekabrında 2000 dollar, 14 mart 2017-ci ildə yenə 2000 dollar və martın axırlarında tanışının vasitəsi ilə 1500 dollar göndərirdi? Bir xəstə, ya şəhid ailəsi üçün 200 dollar istənilsə, verməz. O qadın qarşısında günahı, cinayət əməli yoxsa, nə əcəb ona dalbadal 3 dəfə pul verib – 5500 dollar! Qadın, əxlaqsız olsa da belə, cəzalanmamalı, polis zabiti isə ciddi cəzalanmalı, həbs edilməlidir – qadına qarşı zorakı hərəkətlərinə və onun sağlamlığına ağır xəsarət yetirdiyinə görə! Ədalət bunu tələb edir!

Şərhinizi yazın