Menu
Geri İrəli

Rəis müavinini şantaj edən Vəfa Dadaşova həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2017 • Baxış sayı: 475 dəfə • Şərh yoxdur
Share Button

polisBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. V.Dadaşova ibtidai sinifə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib.

İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V.Dadaşova istintaq müddətində onları şantaj edib, barəsində internetdə məlumatlar yerləşdirib.

Hazırlıq iclasında V.Dadaşovanın barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Məhkəmə baxış iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, zərərçəkmiş zəxslərdən Pərviz İsmayılov İsmayıllı rayon Polis şöbəsinin rəis müavinidir. Digər zərərçəkmiş isə həkimdir.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın