Menu
Geri İrəli

“Respublika”nın baş redaktoru qalmaldan danışdı: “Nazir mətbuat katibini çağırıb, başına qapaz vuracaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2016 • Baxış sayı: 387 dəfə • Şərh yoxdur
“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov təhsil naziri Mikayıl Cabbarovun adından bu qəzetdə məqalənin dərc olunması ilə bağlı qalmaqala münasibət bildirib. 
 
Baş redaktor deyib ki, Təhsil Nazirliyinin mətbuat xidməti məsələni aydınlaşdırmadan hay-küy qaldırıb.
Teymur Əhmədov “Qaynarinfo”ya bunları deyib:“Mətbuatda deyilənlər uydurma bir şeydir. Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirliyin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”.
*   *   *
15:18
“Respublika” dövlət qəzeti Mikayıl Cabbarovun adından dərc olunmuş yazısını hələ də saytdan yığışdırmayıb.
Baxmayaraq ki, Təhsil Nazirliyi mətbu orqanı yalan informasiya yaymaqda suçlamışdı.
*   *   *
12:55
Azərbaycanın Təhsil Nazirliyi ilə “Respublika” dövlət qəzeti arasında Azərbaycan jurnalistikası tarixində indiyə qədər görünməmiş qalmaqal baş verib.
Bu gün səhər saat 08:33-də qəzetin saytında təhsil naziri Mikayıl Cabbarovun “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” başlıqlı müəllif yazısı dərc olunub. 40 min işarəlik nəhəng yazı indiyə kimi nəşrin saytındadır və artıq 32 dəfə oxunub.
Məqalə rəsmi üslubda yazılıb və Azərbaycanda təhsilin inkişafını nümayiş etdirən saysız-hesabsız statistik məlumatlarla zəngindir.
Lakin məqalə dərc edildikdən bir qədər sonra Təhsil Nazirliyinin rəsmi saytında Mikayıl Cabbarovun bu yazının müəllifi olmaması ilə bağlı təkzib yerləşdirilib.
“Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib. Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”, – məlumatda deyilir.
Qeyd edək ki, adəti üzrə belə materiallar tərəflər arasında razılaşdırıldıqdan və yazıdakı faktlar dəfələrlə yoxlandıqdan sonra işıq üzü görür. “Respublika” qəzetində təhsil nazirinin adından onun müəllifi olmadığı yazının dərci qaydalardan kənara çıxan haldır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın