Menu
Geri İrəli

“Roma”nın baş məşqçisi “Qarabağ”dan DANIŞDI

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2017 • Baxış sayı: 266 dəfə • Şərh yoxdur
Share Button

5a258a268cdc7_854153766“Roma”nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Unikal.org-un  məlumatına görə, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb.

- Perotti və Nainqqolanın son durumları necədir?

- Hər ikisi sabahkı matçda meydanda olacaq. Bu xəbər hamımızı sevindirir. Amma Kolarovun vəziyyətinə diqqət yetirməliyik. O, SPAL-la matçda çox yorulub. Ancaq o da sabah meydana çıxa bilər.

- Digər matçda “Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi?

- Biz öz oyunumuz haqda fikirləşirik. Hər bir turnirdə olduğu kimi Çempionlar Liqasında da taleyimiz öz əlimizdədir. “Qarabağ”ı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik.

- “Qarabağ”la oyunda sürpriz nəticə qeydə alına bilər?

- Onlar çox yaxşı komandadır. “Qarabağ” Madriddəki görüşdə “Atletiko”ya qarşı yaxşı oyun sərgiləyib. Bu, “Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi “Qarabağ” deyil.

- “Qarabağ”la ilk görüşdən sonra komandanızda nə dəyişib?

- Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə “Qarabağ”ı məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.

- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?

- “Qarabağ”la matç bitəndən sonra bu barədə danışarıq. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın