Menu
Geri İrəli

Rövşən Lənkəranskinin nəşi atasının yanında dəfn edilir – VİDEO – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2016 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur

47fc89e889765b1250ecde3c59bade2fRövşən Lənkəranski cənazəsi dəfn edilmək üçün məzarlığa aparılır. Lent.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Lənkəranskinin nəşi Sardaxıl qəbiristanlığında, atasının yanında dəfn ediləcək.

Əməkdaşımız bildirir ki, dəfndə çox sayda insan iştirak edir. Lənkəran şəhərinin Şəhidlər küçəsi polis əməkdaşları tərəfindən bağlanıb.

**
10:19
Ötən gecə İstanbulda öldürülən kriminal aləmin azərbaycanlı nümayəndəsi Rövşən Lənkəranskinin dəfn mərasimi başlayıb.

Lent.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mərasim şəhərin Kiçik Bazar adlanan yerində, Rövşənin ata yurdunda keçirilir.

Mərasimə çox sayda insanın qatıldığı bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın