Menu
Geri İrəli

Rusiya Baş qərargah rəisi amerikalı həmkarını Bakıda gözlədir

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur

181221_res_01Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordun Bakıda nəzərdə tutulan görüşü hələ başlamayıb.

Virtualaz.org xəbər verir ki, general Gerasimov hələ Bakıya gəlməyib. Hərçənd onun amerikalı həmkarı səhər saatlarından Bakıdadır və prezident İlham Əliyevlə görüşüb.

Generalların görüşünün Bakıda hansı saata təyin olunduğu haqda məlumat yoxdur, ancaq rəsmi protokola bələd olan mənbələr deyirlər ki, görüşün ABŞ ordu komandanının Bakıya gəlişindən etibarən bu qədər gecikməsi normal görünmür. Böyük ehtimalla general Gerasimov öz liderinin-prezident Putinin taktikasına əl atıb və tərəfdaşını gözləməyə məcbur edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın