Menu
Geri İrəli

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə başsağlığı verib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2015 • Baxış sayı: 274 dəfə • Şərh yoxdur

putin12Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:

““Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın