Menu
Geri İrəli

Rusiya XİN: Lavrov bu gün Azərbaycana səfər edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2016 • Baxış sayı: 133 dəfə • Şərh yoxdur

4b1ea5e4-8ee3-49a3-94dd-02be6450c54a_292Bu gün bir neçə saat sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşündə iştirak etmək üçün Bakıya səfər edəcək”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“Hadisələrin inkişafını nəzərə alsaq, çoxdan planlaşdırılmış bu səfər xüsusi aktuallıq qazanır”, – deyə xanım Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşdırılması məqsədilə səylər göstərir.
M.Zaxarova rusiyalı nazirin Bakıya səfəri zamanı Azərbaycanın xarici işlər naziri ilə ikitərəfli formatda görüşünün keçiriləcəyini vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın