Menu
Geri İrəli

Rusiyada azərbaycanlı xanım vəkil rüşvət verərkən yaxalandı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

Azerb_aycanli_vekil5Rusiyanın Yekaterinburq şəhərində milliyyətcə azərbaycanlı olan vəkil Elnarə Salmanova saxlanılıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı vəkil 300 min rubl rüşvət verən zaman cinayət başında yaxalanıb.
36 yaşlı Elnarə Vəliyəddin qızı Salmanova Sverdlovsk vilayəti Vəkillər Gildiyasının üzvü olub və narkotik ticarəti ilə bağlı işlərdə ixtisaslaşan professional hüquqşünas kimi tanınıb.
Salmanova ilə yanaşı, prokurorluq işçisi ilə azərbaycanlı vəkil arasında görüşü təşkil edən 56 yaşlı Yekaterinburq sakini də saxlanılıb.
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə komitəsi Elnarə Salmanovaya qarşı Cinayət Məcəlləsinin 291.1 maddəsi ilə iş açıldığını və günahının sübut olunacağı halda 9 ilə qədər azadlıqdan məhrum edilə biləcəyini bildirib. Bundan başqa, hazırda ev dustaqlığında olan vəkil istintaqla hərtərəfli əməkdaşlıq edərək rüşvət əsasında cinayət işlərini dəyişən polis, müstəntiq və hakimlərdən ibarət geniş siyahını onlara təqdim edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın