Menu
Geri İrəli

Rusiyada baş verən yanğında beş nəfərlik azərbaycanlı ailəsi yanaraq ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2017 • Baxış sayı: 745 dəfə • Şərh yoxdur
Share Button

dws-vsRusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə məhv olub.

APA-nın məlumatına görə, iyulun 24-də yerli vaxtla saat 01.35-də Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə yanğın baş verib.

Yanğın nəticəsində ailənin başçısı üç oğlu və bir qızı ilə birlikdə yanaraq ölüb.

Evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.

Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.

Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın