Menu
Geri İrəli

Sabah 16 dərəcə isti olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentind’n “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 13-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın