Menu
Geri İrəli

Sabah Azərbaycanda 42 dərəcə isti olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2016 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

gunes_hava_2İyulun 20-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti əsasən

Yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 750 civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-40 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: İyulun 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın