Menu
Geri İrəli

Sabah Azərbaycanda bəzi yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2017 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur
Share Button

havaNoyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12° isti olacağı gözlənilir.

Noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Nazirlik xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın