Menu
Geri İrəli

Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2016 • Baxış sayı: 456 dəfə • Şərh yoxdur

gunes_hava_2Aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 20-25, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın