Menu
Geri İrəli

Sabah Azərbaycanda yağış gözlənilir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2016 • Baxış sayı: 276 dəfə • Şərh yoxdur

havaMülayim şimal-qərb küləyi əsəcək. Sabah hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Aprelin 28-də Azərbaycan rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskinli olacağı, gün ərzində qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın