Menu
Geri İrəli

Sabah da yağış yağacaq, güclü külək əsəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2016 • Baxış sayı: 85 dəfə • Şərh yoxdur

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

havaEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo“ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

İyulun 29-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 25-30, dağlarda gecə 10-14, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü ilə yanaşı, yay mövsümü üçün komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın