Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2015 • Baxış sayı: 1,583 dəfə • Şərh yoxdur

hava nece olacaqCənub-şərq küləyi əsəcək.

İyunun 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Çimərliklərdə dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var.

Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın