Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2015 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur

buludlu-havaSabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20°, gündüz 28-32° isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 10-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 18-23°, gündüz 30-35°, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın