Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2016 • Baxış sayı: 249 dəfə • Şərh yoxdur

hava-isti-gunesliMayın 4-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-14  dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz  21-26, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteroloji amillərin zəif və mülayim tərəddüdü meterohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın