Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2016 • Baxış sayı: 536 dəfə • Şərh yoxdur

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
isti hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, avqustun 24-də şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25deg; isti, gündüz 31-36deg; isti, Bakıda gecə 23-25deg; isti, gündüz 33-35deg; isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 25-35 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26deg;, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27deg;, Türkan, Hövsan, Sahil, Şıxda 28-29deg; isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, günorta vaxtı isti temperatur diskomfortu və bəzi saatlarda havada yaranan durğunluq meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23deg; isti, gündüz 34-39deg;,

dağlarda gecə 14-19deg; isti, gündüz 25-30deg; isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın