Menu
Geri İrəli

Sabah hava necə olacaq? – PROQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 123 dəfə • Şərh yoxdur

yaz_havasi_0041Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən suqmayitxeber.com-a verilən məlumata görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 18-21° isti, gündüz 28-31° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın