Menu
Geri İrəli

Sabah hava yağmursuz olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2016 • Baxış sayı: 466 dəfə • Şərh yoxdur

hava-isti-gunesliMayın 3-də  Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz  18-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz  20-22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə,  gündüz 20-25 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə,  gündüz 12-17 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın