Menu
Geri İrəli

Sabah havanın temperaturu 32 dərəcəyədək yüksələcək

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2016 • Baxış sayı: 729 dəfə • Şərh yoxdur

isti havaMülayim cənub küləyi əsəcək.

İyunun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı  gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın