Menu
Geri İrəli

Sabah Sumqayıta yağış yağacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

yaqisAzərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 8-d Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 25-28° isti, Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın