Menu
Geri İrəli

Sabah Sumqayıtda qanvermə aksiyası keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2016 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

qanvermeAzərbaycanda oktyabrın 12-də qeyd olunacaq Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.
Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.
Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbail rayonunda “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu “Əjdərbəy” məscidində təşkil olunacaq.
Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Сümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın