Menu
Geri İrəli

Sabah yağış yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2016 • Baxış sayı: 324 dəfə • 1 şərh
hava1Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək – 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 12-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Facebook Şərhləndirmə:

“Sabah yağış yağacaq” yazısına bir cavab

  1. Nermine deyir:

    En sevdiyim fesil seni cox ozlemisem yagisini kuleyini yarpaqlarin sohbetini….

Şərhinizi yazın