Menu
Geri İrəli

Sabahdan çörək bahalaşır?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2016 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur

corekİqtisadiyyat Nazirliyi çörəyin qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a açıqlamasında bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır.

“Qanunvericiliyə görə çörək dövlət tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Bununla belə, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində dəyişiklik baş versə, səbəbləri araşdırılacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə çörəyin qiymətinin bahalaşması və 30 qəpiklik çörəyin 40 qəpiyə, 40 qəpiklik çörəyin isə 50 qəpiyə satılması ilə bağlı məlumalatlar yayılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın