Menu
Geri İrəli

Sabahdan hava dəyişir, qar yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2015 • Baxış sayı: 408 dəfə • Şərh yoxdur

qar3Azərbaycan ərazisində hava kəskin soyuyacaq və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 6-8, günün birinci yarısında 10 dərəcəyədək, günün ikinci yarısında 6-dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-10, dağlarda gecə 4 dərəcə şaxtadan 1-dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacaq.

Artıq qonşu Türkiyədə qış sərt üzünü göstərməyə başalayıb. belə ki, səhər saatlarından başlayaraq paytaxt Ankara da daxil olmaqla güclü qara yağışı müşahidə edilib. İstanbula isə qarın dekabrın 10-da düşəcəyi proqnozlaşdırılır.
Qar yağışı bir çox yollarda hərəkəti məhdudlaşdırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın