Menu
Geri İrəli

Sabahın hava proqnozu açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2016 • Baxış sayı: 314 dəfə • Şərh yoxdur

havaSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında yanvarın 6-da hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın