Menu
Geri İrəli

Şahdağ Milli Parkında yanğın başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur
Share Button

Yanqin-zaprafkaOğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisinə keçib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Məlumata görə, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub. Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın