Menu
Geri İrəli

Salyandakı qəzada ölən qadınların şəxsiyyəti müəyyənləşdi SİYAHI, FOTO-VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2017 • Baxış sayı: 825 dəfə • Şərh yoxdur
Share Button

209722_srcSentyabrın 19-da axşam saatlarında işdən qayıdarkən avtomobil qəzası nəticəsində həyatlarını itirmiş 4 nəfər salyanlı qadının şəxsiyyəti müəyyənləşdirilib.

Virtualaz.org onların siyahısını təqdim edir:

1.   Əhmədova Arzu Ağahüseyn qızı. 1980-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.

2.   Baxşıyeva Sevinc İbrahim qızı. 1965-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.

3.   Qasımova Vəfa Əhəd qızı. 1984-cü il, Salyan şəhəri, Ə.Quliyev küçəsi.

4.   Əhədova Gilas Məhərrəm qızı. 1958-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.

**

23.00

İndicə aldığımız məlumata görə, qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir. Onlar Ələt-Astara avtomobil yolunda yerləşən yeməkxanada aşpaz işləyirlərmiş.

Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

***22:02

Bu gün axşam saatlarında Ələt-Astara yolunun yeni çəkilmiş, lakin istismara verilməmiş 60-cı kilometrliyində, çöllük ərazidə ağır qəza baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Bakı istiqamətindən gələn, Cəlilabad sakininin idarə etdiyi  “Mersedec” markalı, 15 DL 860 dövlət nömrə nişanlı maşın Şirvan şəhər sakininin idarə etdiyi VAZ 2106” markalı, 18 Bx 161 nömrəli maşınla üzbəüz toqquşub.

Hadisə nəticəsində “Jiquli”dəki sərnişinlər-Cəlilabad sakini olan olan 4 qadın hadisə yerində dünyasını dəyişib. Onlardan birinin hamilə olduğu bildirilir.

Hər iki maşının sürücüsü və “06”nın daha iki sərnişini ağır yaralanıb.

Qəzada həlak olanların cəsədləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın