Menu
Geri İrəli

Sankt-Peterburqda “Azərbaycan mədəniyyəti” adlı konsert keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur
Share Button

Rusiya Dövlət Kitabxanasının möhtəşəm konsert zalında “Azərbaycan mədəniyyəti” adlı konsert keçirilib. Konsert Azərbaycanın Müstəqillik Gününə və Simurq Azərbaycan Tələbə Klubunun ad gününə həsr olunub. Konsert tədbiri Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra isə fəxri qonaqlardan AzНKА-nın direktoru Ağarəşid müəllim, “Çinar” ansamblın qurucusu Xeyrənsə Mirzəyeva, АТK “Simurq” qurucusu Eldar Əlizadə, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Sankt-Peterburq şəhər təmsilçisi Ramin İbrahimov öz ürək sözlərini bildiriblər. Tədbirin aparıcıları Şamxal Mirzəliyev və Çinarə Əliyevanın təqdimatı ilə qonaqlara “Azərbaycana səyahət” adlı səhnəcik (baş rolda Emil Quliyev) nümayiş olunub. Səhnəcikdə Azərbaycanın şəhərlərinə səyahət edərkən, həmin şəhərlərdəki Azərbaycanın ən çox milli mədəniyyəti və adətləri ilə zəngin olan gözəl guşələri göstərilib. “Azərbaycana səyahət” adlı səhnəcik başa çatdıqdan sonra konsert tədbiri öz axarı ilə davam edib. Tədbirə gələn qonaqlar üçün tələbə klubunun üzvləri Səbinə və Səbuhə Rüstəmova bacıları, kiçik qəhrəmanlar Zilan və Ruslan Səmilov(a), “Simurq” və “Həyat” ansamblılları, Vladislav Antonov, Nino İnaşvili, Yuliana Lobova, Fatimə Qacayeva və dəvət olunmuş “Sixaruli” və “Daryal” ansamblılları öz gözəl ifaları və rəqsləri ilə gələn hər kəsin ürəyini oxşayıblar. Həmçinin tədbirdə yenicə açılacaq “Simurq” ansamblı haqqında məlumat verilib. Konsertdə 250-dən çox qonaq təşrif buyurub.
Sonda Simurq Azərbaycan Tələbə Klubu adından təşkilati Rusiya Dövlət Kitabxanasının müdiriyyətinə, Smolniy Universiteti və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbərliyinə dəstəyə görə dərin minnətdarlıq edilib.

Fuad

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın