Menu
Geri İrəli

Saray bələdiyyəsinin sədri və ərinin qatilinə ÖMÜRLÜK HƏBS TƏLƏBİ

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2016 • Baxış sayı: 1,455 dəfə • Şərh yoxdur

cb794b32ed9371fe1a383032581f5e12

Saray Bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçı çıxışında Fədai Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Proses oktyabrın 13-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı və onun həyat yoldaşını  qətlə yetirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın