Menu
Geri İrəli

Savaş başlasa, Kreml İrəvanı qorumayacaq – Duqin

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2017 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

duginAmerikalılar Qarabağda müharibəni alovlandırmaq istəyirlər, çünki bunun nəticəsində Rusiya zərər çəkə bilər.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı dəstəkləməyəcək:

“Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır. Rusiya bu münaqişədə konkret hansısa tərəfdən çıxış edə bilmir”.

Duqin dolayısı ilə Kremlin Qarabağla bağlı mövqeyini ifadə edib.

“Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”, – o bildirib.

Kremlin ideoloqu Rusiyanın öz sülhməramlılarının Qarabağa daxil etmək planının olmadığını deyib. Lakin əlavə edib ki, lazım olacaqsa, biz bunu edəcəyik.

“Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir”, – Duqin vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın