Menu
Geri İrəli

“Sədərək” ticarət mərkəzindən oğurluq olub – SUMQAYIT SAKİNİNİN MAĞAZAINDAN

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2017 • Baxış sayı: 1,157 dəfə • Şərh yoxdur
Share Button

sederek-sederek-ticaret-ticaret“Sədərək” ticarət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazalardan birinin sahibi, Sumqayıt şəhər sakini Adil Məmmədov polisə müraciət edərək sahibi olduğu mağazadan oğurluq edildiyini bildirib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerini müayinə edərkən oradan 5220 manat dəyərində geyim əşyalarının oğurlandığını aşkar ediblər.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə Qaradağ Rayon Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlərlə Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev və Tovuz rayon sakini Rövşən Rüstəmov şübhəli şəxs qismində saxlanılıblar. Onların qaldığı mənzildən oğurlanmış geyim əşyaları maddi sübut kimi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın