Menu
Geri İrəli

Şəhid Çingiz Qurbanovla vida mərasimi başa çatıb – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2017 • Baxış sayı: 537 dəfə • Şərh yoxdur

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib.

Müdafiə naziri Z. Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verilib.

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib.

Şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunacaq.

***
09.38
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri və hərbçilər TTM-ə toplaşırlar.

Şəhid əsgərimizin meyiti ötən gün Azərbaycana təhvil verilib.

shehid-chingiz-qurbanovla-vida-merasimi-2-2 shehid-chingiz-qurbanovla-vida-merasimi-3-2 shehid-chingiz-qurbanovla-vida-merasimi-5-2 shehid-chingiz-qurbanovla-vida-merasimi-8-1 shehid-chingiz-qurbanovla-vida-merasimi-11-1 shehid-chingiz-qurbanovla-vida-merasimi-15

Facebook Şərhləndirmə:

Şərhinizi yazın