Menu
Geri İrəli

Şəhid əsgərin ad günü: Yaşasaydı 23 yaşı olacaqdı…(FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Oktyabr 2016 • Baxış sayı: 612 dəfə • Şərh yoxdur

Bu gün aprel döyüşlərində şəhid olan əsgərimiz Əbdülməcid Axundovun doğum günüdür.

mecidAzVision.az xəbər verir ki, Əbdülməcid Axundov 1993-cü ilin oktyabr ayının 15-də Sumqayıt şəhərində anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib.

Orta məktəbi bitirdikdən sonra Əbdülməcid Axundov universitetə sənəd verib. Birinci ili imtahandan kəsilsə də, 2011- ci ildə yüksək balla Texniki Universitetin Energetika fakültəsinə daxil olub. Universiteti də yüksək nailiyyətlərlə bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Aprel döyüşlərində iştirak edən Əbdülməcid Axundov qəhrəmancasına şəhid olub. Şəhid əsgər Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.


Facebook Şərhləndirmə:

Şərhinizi yazın