Menu
Geri İrəli

Şəhid zabitimizin görə bilmədiyi oğluna onun adı verildi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2016 • Baxış sayı: 961 dəfə • Şərh yoxdur
qabil oruceliyevAprelin 2-dən cəbhə bölgəsində başlayan döyüşlərdə şəhid olan zabitimiz Qabil Orucəliyevin yeni doğulan övladına onun adı verilib. Bu məlumatı musavat.com-a şəhidin yaxınları veriblər. 
Mart ayının sonlarında dünyaya gələn şəhid oğlu atasının adını daşıyacaq. Şəhid leytenantımız dünyaya gələn övladını görə bilmədi. Balaca Qabil şəhid oğlu kimi atasız böyüyəcək.
Şəhid Q.Orucəliyevin dostlarından biri ilə mesajlaşması və ona oğlunun dünyaya gəlməsini müjdələməsi xəbəri sosial şəbəkələrdə geniş yer almışdı. O, dostuna yazdığı mesajda oğlu doğum evindən çıxdıqdan sonra məzuniyyətə çıxaraq onu görməyə gedəcəyini qeyd etmişdi. Lakin aprelin 2-də düşmənlə döyüşdə qəhrəmancasına şəhid oldu.
Qeyd edək ki, şəhid leytenantımız da 2004-cü ildə atasını itirib. 13 yaşından atasız böyüyən leytenant Q.Orucəliyev əslən Naxçıvan şəhərindən idi. O, dünyaya gəldiyi Naxçıvan şəhərində böyük izdihamla dəfn edilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın