Menu
Geri İrəli

Şəhriyar Məmmədyarov FİDE reytinqində 4-cü pilləyə yüksəlib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2017 • Baxış sayı: 170 dəfə • Şərh yoxdur
Share Button

shehriyarBeynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 2 pillə irəliləyib.
Hazırda 32 yaşlı qrossmeyster 2799 xalla 4-cüdür. O, aktivinə daha 8 reytinq xalı yazıb.
Əvəzində Teymur Rəcəbov 2741 xalla 19-cu pilləyə enib. O, əvvəlki siyahıda eyni xalla 17-ci pillədə idi.
Arkadi Naydiç 2700 xalla 44-cü pillədə qalıb. 7 pillə irəliləyən Rauf Məmmədov 2686 xalla 58-cidir.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2837 xalla başçılıq edir. Ermənistanlı Levon Aronyan 2801 xalla 2-ci, ABŞ təmsilçisi Fabiano Karuana isə 2799 xalla 3-cü pillədə qərarlaşıb. (Report)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın