Menu
Geri İrəli

Şimşək, külək, yağış – NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2017 • Baxış sayı: 548 dəfə • Şərh yoxdur
Share Button

kulek-kulekli-havaOktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın