Menu
Geri İrəli

Şimşək, yağış, leysan — FAKTİKİ HAVA

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2017 • Baxış sayı: 888 dəfə • Şərh yoxdur

havaEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Ölkə.Az”a verilən məlumata görə, iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın