Menu
Geri İrəli

Siyavuş Novruzov: “Avropa Roma papasından daha çox xristian olub”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2017 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

siyavus“AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur. Çünki, biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq. Bu da növbəti ədalətsiz mövqelərdən biridir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

S.Novruzov deyib ki, faktlara əsaslanılsa, AŞPA-nın Türkiyə ilə bağlı qərarında nə qədər ədalətsiz prisiplərə uyğun yanaşma olduğunu görmək mümkündür:

“İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendum seçkiləri ilə bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda çıxışları üçün lazımi şərait yaradılıb. Hətta türk müxalifətinin özü belə, referendumun fövqəladə vəziyyət şəraitində keçirildiyi kəlməsini işlətmədi. Avropa Roma papasından daha çox xristian olub və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Seçkilərdə 60-70 faiz səs toplayanda da deyirlər ki, bu göstərici çoxdur, seçkilər anti-demopkratik keçirilib, saxtalaşdırılıb və sairə. Az səs toplananda da deyirlər ki, niyə azdır? Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir? Əskinə, Türkiyədə elə şərait yaradılıb ki, insanların 46 faizindən çoxu layihənin əlayhinə səs veriblər. Bu da orada hər kəs üçün yaradılan lazımı şəraitin olduğunu göstərir. Bundan başqa, Avropa hansı ədaləti tətbiq etmək istəyir?”

Türkiyənin ömür boyu terrorizmlə mübarizə apardığını vurğulayan komitə sədri qeyd edib ki, Avropada bir terror hadisəsi baş verən kimi, bütün Qərb dövlətləri və beynəlxalq təşkilatlar aləmə car çəkir:

“Avropada bir terror aktı olan kimi, dərhal qışqırıqları hər yanı götürür? Avropa ərazisində bir qəzetin redaksiyası partlamışdı, hamı onu qınadı. Belə olan halda, bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar? NATO-nun da nizamnaməsində qeyd olunur ki, bir NATO ölkəsinə qarşı hücum olanda digərləri birləşməlidir”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın