Menu
Geri İrəli

Siyəzəndə polislə sakinlər arasında İNSİDENT: saxlanılanlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2016 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur

 Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib.

APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Saxlanılanların olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın