Menu
Geri İrəli

Sosial şəbəkələrdə ermənilərn döyüş meydanında qoyub qaçdıqları meyitlərin görüntüləri yayılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2016 • Baxış sayı: 131 dəfə • 1 şərh

Sosial şəbəkələrdə ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qoyub qaçdıqları meyitlərin yeni foto və video görüntüləri yayılıb.

APA-nın xəbərinə görə, görüntülərdən belə məlum olur ki, son günlər cəbhədə baş verən döyüşlərdə ermənilər məhv edilmiş hərbi qulluqçuların meyitlərini və silah-sursatlarını qoyaraq qaçıblar.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin son günlər cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı məhv edilən erməni hərbi qulluqçularının sayı günbəgün artır. Ermənistan siyasi və hərbi rəhbərliyinin itkilərin sayını təkidlə azaltmasına baxmayaraq, əldə olunan son dəqiq məlumatlara əsasən döyüş toqquşması zamanı Azərbaycan tərəfinin zərbələri nəticəsində 200-ə yaxın erməni hərbçi məhv edilib, 600-dək hərbi qulluqçu isə yaralanıb. Ölənlərin arasında general və polkovnik rütbəli hərbi qulluqçular da var.

Xatırladaq ki, ötən gün APA beynəlxalq mənbələrə istinadən Ermənistanın hərbi rəhbərliyinin cəbhə xəttindəki son insident zamanı məruz qaldıqları itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlaması barədə məlumat yayıb. İşğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa, bütün mülki əhali yaşayış yerlərini tərk edib. Ermənistan hakimiyyəti isə əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etmələrinin qarşısı almaq məqsədilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Rayonu tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilir.

xe05fcbbf957ec69bb06a5cdf7c106b45.jpg.pagespeed.ic.cJ7ZHSvl33 x0c6cd0c8b73d8e9ad508637547a3ce62.jpg.pagespeed.ic.EYWdvKuXUS x2afa3f77f2f8e41e4ae9a1b092f109e6.jpg.pagespeed.ic.xDnVO9u9E7 x6a9f04fa0dcb29ea5755b499cf71efb7.jpg.pagespeed.ic.l-3JPdZSm8 x9be31a0ec41f95660c3310e1817bbe53.jpg.pagespeed.ic.DjpgLy2plY x71ec1032176d66144ca778609fa2e987.jpg.pagespeed.ic.G0mGXXkmOp x7521cfdb2ac01c4a93b9690956ea8c3f.jpg.pagespeed.ic.suV_zvM_hX

Facebook Şərhləndirmə:

“Sosial şəbəkələrdə ermənilərn döyüş meydanında qoyub qaçdıqları meyitlərin görüntüləri yayılıb” yazısına bir cavab

  1. Ehtibar Abdullazade deyir:

    Prezidentimiz xeberdarlıg etmişdir axı ölmek istemirsiniz redd olun bizim topraglarımızdan! Hele bu harasıdır!?

Şərhinizi yazın