Menu
Geri İrəli

Soyğunçuluğa məruz qalan Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi ifadə verib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2017 • Baxış sayı: 321 dəfə • Şərh yoxdur
Share Button

mehkeme123esasBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mübariz Zeynalov ifadə verib.

O, təqsirləndirilən şəxsləri tanımadıqlarını deyərək bildirib ki, marketdən çıxarkən iki nəfər şəxs qəfildən ona yaxınlaşaraq əlindəki çantanı alaraq qaçıb: “Mən 17 ildir ki, hakim işləyirəm. Heç vaxt bu vəziyyətlər qarşılaşmamışam. Bu şəxslər mənə arxadan yaxınlaşdı çantanı alıb qaçdılar. Aparılan çantanın içində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, hakim vəsiqəsi, maaş kartı, kredit kartı, evin, maşının açarları vardı. Mən bununla bağlı polisə müraciət etdim. Özüm insanların taleyini həll edirəm. Mənim təqsirləndirilən şəxslərin heç birinə qarşı düşmənçiliyim yoxdur. Çantada 100 manatdan artıq pul da olmayıb. Mən hələ dəqiq bilmirəm ki, təqsirləndirilən şəxslər bunlardır, yoxsa yox. Çünki mən bu adamların üzünü görmədim”.

Zərərçəkmiş hakim qeyd edib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti yoxdur.

Təqsirləndirilən şəxslər isə günahsız olduqlarını və bu soyğunçuluqda iştirak etmədiklərini deyiblər.

Prosesdə məhkəmə istintaqının tamamlandığı bildirilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 10-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər bu ilin fevral ayında Sumqayıt şəhərində yerləşən marketlərdən birindən çıxarkən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mübariz Zeynalovun əlində olan çantanı soyğunçuluq yolu ilə əlindən alaraq qaçıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın