Menu
Geri İrəli

Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2016 • Baxış sayı: 402 dəfə • Şərh yoxdur

erzaqƏrzaq və qida məhsullarını soyuduca saxlamaqla xarab olmasının qarşını almaq olar.

Məşhur nəzəriyyənin əksi olaraq mütəxəssislər bəzi ərzaq məhsullarının  soyuduca saxlanılmamasını tövsiyə edirlər.

Milli.Az maide.az-a istinadən soyuducuda  saxlanılması qadağan olunan 12 ərzağın siyahısını təqdim edir:

1.Banan

Kanadanın istehsal və marketinq təşkilatı elan edib ki, banan insan bədəninə faydalı qidadır və soyuducuda saxlanılmamlıdır. Otağın istiliyi ilə tədriclə yetişir.

2. Yer alma (kartof)

Kanada  yer alma istehsalçıları birliyi bildirib ki, yer alma sərin, quru və qaranlıq yerdə saxlanılmalıdır. Soyuducuda  yer almanın nişastası şirinləşir. Plastik kisədə saxlamağı da məsləhət görmürlər və kartofun saxlanılması üçün ən yaxşı  vasitə karton qablardır.

3. Soğan

Amerikalı mütəxəssislər bildirir ki, soğan soyuducuda saxlanılarsa  xarab olur. Soğanı hava dəyə biləcək bir yerdə  soyuducudan kənarda saxlamaq lazımdır. Lakin soğanın qabığı soyularsa  qabın içərisində soyuducuda saxlanıılması məsləhətdir.

4. Avokado

Avokado da soyuducudan kənarda saxlanılmalıdır. Çünki soyu hava avokadonun yetişməsini əngəlləyir.

5.  Sarımsaq

Sarımsağın soyuducuda saxlanılması onun xarab olmasına səbəb olur.  Soyuducuda onların zahiri görünüşü dəyişməsə də, istifadə etdikdə xarab olmasını görmək olar.

6. Çörək

Çörək soyuducuda öz rütubətini itirir və onu çeynəməyi çətinləşdirir. Yaxşı olar ki, soyuducudan kənarda saxlanılsın.

7. Qəhvə

Qəhvə dənəsi və tozunu soyuducuda saxlamaq olmaz. Onları sərin, qaranlıq və quru yerdə saxlamaq lazımdır. Amma əgər uzun müddət üçün qəhvəni  saxlamaq istəyirsinizsə, hava buraxmayan bir kisəyə tökün və onu frizerdə saxlayın. Belə olduqda qəhvəni 1 ay saxlaya bilərsiz.

8. Bal

Bal ağzı bağlı olan bir qutuda  həmişə təzə qalır, bu səbəbdən onu soyuducuda saxlamaq faydasızdır. Balın soyuducuda saxlanılması onu xarraşmasına səbəb olur.

9. Qarpız

Qarpızı kəsməmiş soyuducuda saxlmaq olmaz. Ona görə ki, otaq temperatorunda qarpız antioksidantlarını qoruyub saxlayır. Amerika Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qarpız kəsilmədən soyuducuya qoyularsa bədəndə A vitamini nə çevrilən maddə xasiyyətini itirir. Qarpızı kəsdikdən sonra soyuducuya qoymaq olar, lakin bu zamanda üzərini örtmək lazımdır.

10. Boranı

Boranını da soyuducuda deyil  sərin, qaranlıq və hava ötürücüsü olan bir yerdə saxlamaq lazımdır.

11. Zeytun yağı

Zeytun yağı soyuducuda acılaşır və yaxşı olar ki, sərin və qaranlıq yerdə saxlanılsın.

12. Reyhan

Reyhan  soyuducuda iyini itirir və digər ərzaqların qoxusunu özünə yığır. Reyhanı mətbəxdə bir stəkan suyun içərisində saxlamaq məsləhətdir. Reyhanı uzun müddət saxlamaq üçün onu dondurmaq məsləhət görülür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın