Menu
Geri İrəli

Startapçılar deputatlarla görüşüb- Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

Məlumat verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən startapçıların millət vəkilləri ilə görüşü keçirilib.

Xeberler.az-ın məlumatına görə, görüş bu gün Startap Azərbaycan-ın təşkilaçılığı ilə Bakı Biznes Mərkəzində baş tutub.

Tədbirdə startapçılar və İT biznes sahəsi ilə əlaqəli ekspertlər də iştirak edib.

Startapçılarla görüşdə millət vəkilləri Tahir Mirkishili, Kamran Nəbizadə, Mahir Abbaszadə, Vüsal Hüseynov, Şahin İsmayılov iştirak edib.

İlk öncə deputatlar hər bir startap layihəsinin rəhbəri ilə həyata keçirdiyi startapla bağlı söhbət edərək, ətraflı tanış olub.

Daha sonra onları maraqlandıran, yerli və qlobal bazarda müxtəlif istiqamətdə qarşılaşdıqları problemlər müzakirə edilib.

Yerli startap ekosistemin vəziyyəti, qanunvericiliklə bağlı vəziyyət, investisiya mühiti, mövcud problemlər və onların aradan qaldırılması yolları, marifçilik və tanıtım işlərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

Startapçılar əsasən ölkədə bu sahədəki qanunvericilik, onlayn ödəmə, vergi məsələsinin və investisiya mühitinin yaxşılaşdırılması üzərində dayanıb.

Onlar həm yerli, həm də qlobal bazarda layihələri ilə bağlı qarşılaşdıqları problemləri bölüşərək qeyd ediblər ki, bu sahədə də Azərbaycanda qanunvericilik məsələləri öz həllini tapmalıdır.

Deputatlar görüşdə iştirak edən hər bir startapçının, ekspertin rəylərini dinləyiblər.

Deputatların hər birisi çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz münasibətlərini açıqlayıb. Onlar görüşün çox faydalı olduğunu diqqətə çatdırıb.

Gələcəkdə bu problemlərin həlli, qanunvericilikdə müəyyən məsələlərin öz əksini tapması, vacib əhəmiyyət kəsb edən maarifçilik işlərinin təşkili üçün bu tip görüşlərin faydalı olacağı vurğulanıb. Onlar bildirib ki, görüşdə qaldırılan məsələlər diqqətdə saxlanılacaq.

Qeyd edilib ki, belə görüşlər müntəzəm olaraq davam etdiriləcək.

Bu tip məsələlərin Milli Məclisdə də ictimai müzakirəyə çıxarılmasının faydalı olacağı bildirilib.

Sonda Startap Azərbaycan adından çıxış edən AİF prezidenti Osman Gündüz görüş üçün millət vəkillərinə təşəkkürünü bildirib.

Osman Gündüz qərarların və qanunların qəbul edilməsi prosesində iştirak edənlər ilə bu tip görüşlərin keçirilməsinin milli startap ekosistemin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, Startap Azərbaycan tərəfindən gələcəkdə də bu tip görüşlərin davamlı olaraq keçiriləcəyini vurğulayıb.

Görüş qeyri-rəsmi, sual-cavab şəklində baş tutub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın