Menu
Geri İrəli

“Sübut olunsa, vәzifәmdәn gedә bilәrәm”- Nazir

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

azad1Bakı Avropa Oyunlarının açılışı ilə bağlı keçirilən tədbirdə Gənclər və idman naziri Azad Rәhimov oyunlara tam hazır olduqlarını bəyan edib.

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, nazir idman obyetklərinin tikintisində korrupsiyaya yol verilməsi ilə bağlı suala belə cavab verib: “Sizә rәqәmlәr açıqlaya bilәrәm. Heç bir sübut olmadan bundan danışırlar. Bizim idman büdcәmiz ilә bağlı sual verirsizsə, 10 milyon büdcәmiz var. Bu milli komandanın sәfәrlәrinә vә tәlim kurslarına sәrf olunur. İdman obyektlәri üçün lәvazimatlar alınır və idman obyektlәri tikilir. Dünyada tanınan istәnilәn audit şirkәti 10 milyon büdcəmizdәn 1 manat kәnara xәrclәndiyini sübut etsә, mәn vәzifәmdәn gedә bilәrәm. Biz maliyyә xәrclәrini hesabladıq. Bizim büdcәmiz әvvәlcәdәn 960 milyon manat idi. Daha sonra digәr xәrclәrә 1 milyard 1 milyon 74 min manat sәrf olunub. Bütün ölkәlәrdә belә oyunlar keçirilәn zaman xәrclәr artır.

Devalvasiya ilә bağlı xәrclər dәyişdi. 134 milyon manat әlavә xәrc devalvasiya ilә bağlı meydana çıxdı. Xaricdәn gәlәn mütәxәssislәrә böyük mәblәğdә xәrclәr gedir. Onlara yüksәk maaşlar verilir. Şәhәrdә olimpiya obyektlәri tikilir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın